Haynkes “Real”da işləməyə hazırdır

Haynkes “Real”da işləməyə hazırdır
XƏBƏR 27 May 2013 / 15:00 2613
-  A +

"Bavariya"nın baş məşqçisi Yupp Haynkes yeni mövsümdən "Real"ı çalışdıra bilər.

 Qol.Az-ın sporx.com-a istinadən verdiyi məlumata görə, baş məşqçinin meneceri Enriki Reyes Madrid klubundan təklif gələcəyi təqdirdə bunu qəbul edəcəklərini deyib: "Haynkes Madridə dönmək istəyər. Klubun prezidenti Florentino Perez bizimlə danışıqlara başlasa, mütləq təklifini qəbul edərik" - deyə "Real"a mesaj göndərib.

 Qeyd edək ki, PSJ-nin baş məşqçisi Karlo Ançelotti ilə də yaxından maraqlanan Madrid klubunun bu açıqlamanın ardından hansı qərarı verəcəyi gözlənilir.


Son xəbərlər
topaz banner