Millimiz İtaliyada ikinci oldu

XƏBƏR 27 May 2013 / 10:35 1441
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində çıxışını başa vurub.

Qol.Az-ın məlumatına görə, yarımfinal oyununda "Latsio" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanmaqla finala vəsiqə qazanmışdı.

Həlledici matçdə isə komandamız 1:2 hesabı ilə uduzub. İtaliyalılar qələbəə qolunu matçın uzutma dəqiqəsində vurublar.


Son xəbərlər
topaz banner