Hacıyev və Toşak jurnalistlərin qarşısına çıxır

XƏBƏR 26 May 2013 / 18:25 2784
-  A +

Azərbaycan kubokunun "Neftçi" - "Xəzər Lənkəran" final oyunundan bir gün öncə - mayın 27-də KİV nümayəndələri üçün mətbuat konafransları keçiriləcək.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, oyunöncəsi son məşqini 11:00-da keçirəcək "Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak bundan yarım saat öncə jurnalistlərin suallarını cavablandıracaq.

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev iştirakı ilə keçiriləcək mətbuat konfransı isə 17:30-da başlayacaq. Ölkə çempionunun oyunöncəsi məşqi 18:00-a planlaşdırılıb.

Son xəbərlər
topaz banner