"Simurq" Türkiyəyə gedəcək

"Simurq" Türkiyəyə gedəcək
XƏBƏR 25 May 2013 / 19:00 1563
-  A +

Topaz Premyer Liqasının bitməsindən sonra istirahətə çıxan "Simurq"un yeni mövsümə hazırlıq planı artıq məlumdur.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iyun ayının 17-dən etibarən bir araya gələcək. Bakı şəhərində toplaşacaq Zaqatala təmsilçisi tibbi müayinədən keçdikdən sonra 21-nə qədər paytaxtda hazırlıq mərhələsinin ilk hissəsin başa vurub, 23-də Türkiyəyə yollanacaq.

Kartepedə məskunlaşacaq "Simurq" əsasən fiziki hazırlığın artırılmasından ibarət təlim-məşq toplanışı çərçivəsində üç yoldaşlıq görüşü keçirdəcək. İyulun 8-nə qədər qardaş ölkədə qalacaq komanda, daha sonra vətənə qayıdacaq.

Bir neçə günlük istirahətdən sonra "Simurq" hazırlıq mərhələsinin 3-cü hissəsi üçün Avropa ölkələrindən birinə yollanacaq. İyulun 13-də yola düşəcək komanda buradakı təlim-məşq toplanışı 27-nə qədər davam edəcək və  taktiki-texniki ağırlıqlı məşqlər çərçivəsində dörd yoldaşlıq görüşündə gücünü sınaqdan keçirdəcək.

Qeyd edək ki, hazırlıq mərhələsi çərçivəsində "Simurq"un yoldaşlıq görüşü keçirdəcəyi komandalar məlum olduqca əlavə məlumat veriləcək.  


Qarabağ FK
Son xəbərlər
topaz banner