Milimiz finalda

XƏBƏR 25 May 2013 / 13:31 1814
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində finala yüksəlib.

Qol.Az-ın məlumatına görə, yarımfinal oyununda "Latsio" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Namiq Ələskərov və Coşqun Diniyev vurub.
Qeyd edək ki, yığmamız final oyununda "Udineze" komandası ilə qarşılaşacaq.


Son xəbərlər
topaz banner