"Çempionlar Liqası finalı adi oyundur"

"Çempionlar Liqası finalı adi oyundur"
XƏBƏR 25 May 2013 / 12:56 1759
-  A +

"Bizim üçün Çempionlar Liqası finalı matçı adi oyunlardan olacaq". Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Bavariya"nın futbolçusu Tomas Müller Çempionlar Liqasında "Borussiya" ilə oyun öncəsi deyib.

23 yaşlı yarımmüdafiəçi keçənilki məğlubiyyətin əvəzini çıxmaq istədiklərini bildirib.

"Bu qarşılaşmada daha diqqətli olacağıq. Bu cür vacib oyunlarda çox yaxşı oyun nümayiş etdiririk. Bundesliqada qapımızdan qol buraxmamaq seriyasını uzun müddət əlimizdə saxladıq. Buna görə də “Borussiya” ilə oyunda yenə qələbə qazanan tərəf biz olarıq” - deyə Müller qeyd edib.


Son xəbərlər
topaz banner