Rafael Benitezin yeni komandası məlum oldu

Rafael Benitezin yeni komandası məlum oldu
XƏBƏR 25 May 2013 / 11:43 3032
-  A +

"Çelsi"nin baş məşqçisi Rafael Benitez  karyerasını İtaliyada davam etdirəcək.

Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis "Napoli" klubu ilə razılığa gəlib. Klubun prezidenti Aurelio de Laurentis məlumatı təsdiq edərək, baş məşqçi ilə iki illik müqavilə bağladıqlarını deyib.

Rəsmi sözləşmənin isə Benitezin "Çelsi" ilə müqaviləsi bitdikdən sonra ediləcəyi gözlənilir.

Qeyd edək ki, baş məşqçinin illik 3.5 milyon avro qazanacağı bildirilir.


Son xəbərlər
topaz banner