UEFA Avroliqa ilə bağlı qaydanı dəyişdi

UEFA Avroliqa ilə bağlı qaydanı dəyişdi
XƏBƏR 24 May 2013 / 19:38 5081
-  A +

UEFA Avropa Liqasının iştirakçıları ilə bağlı qaydaya dəyişiklik edib. Qol.Az-ın məlumatına görə, qitənin ali futbol qurumunun yaydığı açıqlamada qeyd olunur ki, İcraiyyə Komitəsinin son iclasında çıxarılan qərar 2015-18-ci illərə əhatə edəcək.

Məlumatda deyilir ki, həmin mövsümdən hər ölkədən Avroliqada ən uzağı üç komanda oynayacaq.

Avroliqanın qrupunda birbaşa vəsiqə qazanan komandaların sayı artırılaraq 16-ya çatdırılıb. Onlar UEFA reytinqində ilk 12-yeri tutan ölkələri təmsil edəcək.

Bundan başqa, öncədən xəbər verildiyi kimi, Avroliqanın qalibi olan komanda növbəti mövsümdın Çempionlar Liqasının pley-off mərhələsində oynamaq hüququ qazanıb.


Son xəbərlər
topaz banner