İlkay Gündoğan: "Türklərdən dəstək gözləyirəm"

İlkay Gündoğan: "Türklərdən dəstək gözləyirəm"
XƏBƏR 24 May 2013 / 14:20 2087
-  A +

"Rəqibin çox güclü olduğunu bilirik. Bu mövsüm onlar üçün uğurlu oldu. Bundesliqanın çempionu adını qazandılar. Ancaq biz də yaxşı komandayıq. Ölkə çempionatında istədiyimizi əldə etməsək də, Çempionlar Liqasında uğurlu çıxış edirik. Əminəm ki, finala çıxacağımızı heç kəs gözləmirdi. Ancaq biz bunu bacardıq. Həlledici oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik. "Bavariya" məğlubedilməz komanda deyil".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Dortmund "Borussiya"sının futbolçusu İlkay Gündoğan Çempionar Liqasında "Bavariya" ilə final oyunu öncəsi deyib.

Türk əsilli alman futbolçu Yıldırım Baştürk və Həmid Altıntopdan sonra ÇL-in finalıdan çıxış edəcək üçüncü türk futbolçu olmağından qürur hissi keçirdiyini bildirib: "Çempion olsaq, ÇL-i qazanan ilk türk oyunçu olacağam. Bu qarşılaşmada Türkiyəni də təmsil edirəm. Ona görə də onlardan dəstək gözləyirəm".

Qeyd edək ki, "Bavariya" - "Borussiya" matçı sabah baş tutacaq.
 


Son xəbərlər
topaz banner