"Qalatasaray"dan növbəti transfer

"Qalatasaray"dan növbəti transfer
XƏBƏR 24 May 2013 / 12:10 3676
-  A +

"Qalatasaray" Fransanın  "Lill" klubunun futbolçusu Orelen Şedjunu transfer etməyə yaxındır.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubunun nümayəndələri artıq  27 yaşlı yarımmüdafiəçi və klubu ilə razılığa gəliblər. Razılaşmaya əsasən, Şedjunun illik alacağı gəlir 2 milyon yarım avro olacaq. "Lill"ə isə 2015-ci ilə qədər müqaviləsi olan futbolçunun transferi üçün 10 milyon avro veriləcək.

"Qalatasaray"ın bu transferi yaxın günlərdə rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, 28 yaşlı oyunçu ilə "Fənərbaxça" da maraqlanırdı.


Son xəbərlər
topaz banner