Messi 10 nömrəli formasından danışdı

Messi 10 nömrəli formasından danışdı
XƏBƏR 24 May 2013 / 00:20 2928
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi katalon klubunda 10 nömrəli forma geyməsinin  səbəbləri haqda danışıb

Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, argentinalı hücumçu qeyd edib ki, bu nömrə ilə klubun ən önəmli futbolçuları oynayıb.

Komandanın sabiq futbolçusu Ronaldinyodan sonra bu nömrə altında çıxış etməkdən qürur hissi keçirdiyini deyən Messi brazilyalı hücumçu haqqında tərif dolu sözlər deyib: "O, klub adına çox önəmli işlərə imza atıb. Ronaldinyo kimi bir oyunçudan sonra bu formanı geymək mənim üçün daha çox  məsuliyyətdir".

Qeyd edək ki, 2008-ci ilə qədər 20 və 19 nömrəli forma geyən Messi Ronaldinyonun "Milan"a transfer olunmasından sonra 10 nömrəli formanı geyib.

Son xəbərlər
topaz banner