Mourinyonun “Çelsi”də qazananacağı məbləğ açıqlandı

Mourinyonun “Çelsi”də qazananacağı məbləğ açıqlandı
XƏBƏR 23 May 2013 / 15:31 4231
-  A +

Mövsümün sonunda "Real"dan ayrılacaq Joze Mourinyonun "Çelsi"yə transfer olunacağı vaxt müəyyənləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis iyun 2-də London klubu ilə dörd illik müqavilə imzalayacaq. Mourinyonun bu müqaviləyə əsasən həftədə 250 min funt-sterlinq qazanacağı bildirilir.

Qeyd edək ki, 50 yaşlı mütəxəssisin "Çelsi"yə özü ilə fiziki hazırlıq üzrə köməkçisi Rui Faria və qapıçılarla işləyən məşqçi Silvano Louronu da aparacağı iddia edilir.


Son xəbərlər
topaz banner