Azərbaycan kubokunun final oyunun biletləri satışda

Azərbaycan kubokunun final oyunun biletləri satışda
XƏBƏR 23 May 2013 / 14:07 2251
-  A +

Azərbaycan kubokunun “Neftçi” – “Xəzər Lənkəran” final oyununun biletləri satışa çıxarılıb. Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, sektordan asılı olaraq 2-100 manat arası olan biletləri oyunun keçiriləcəyi T.Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Final oyunundan öncə müğənni Röyanın iştirakı ilə möhtəşəm şou-proqram təşkil olunacaq. Final oyunundan dərhal sonra isə azarkeşlər arasında uduşlu lotereya keçiriləcək. Azarkeşlər 1 ədəd Chevrolet Aveo avtomobili, planşet və smartfon qazanmaq imkanı əldə edəcəklər.

1-10, 19-28-ci sektorlar - 2 azn

11-13, 16-18, 30-37-ci sektorlar - 5 azn

14 və 15-ci sektorlar - 20 azn

VIP C və VIP D - 100 azn


Son xəbərlər
topaz banner