"Çelsi" Burak Yılmazla maraqlanır

"Çelsi" Burak Yılmazla maraqlanır
XƏBƏR 23 May 2013 / 13:10 2243
-  A +

İngiltərənin "Çelsi" klubu "Qalatasaray"ın futbolçusu Burak Yılmazla maraqlanır.

Qol.Az-ın məlumatına görə, bu barədə "The Guardian" xəbər yayıb. Bildirilib ki, yeni mövsümdə London klubunu çalışdıracağı iddia edilən Joze Mourinyo türk hücumçunu da komandada görmək istəyir.

Xəbərdə İstanbul klubunun oyunçu üçün “Çelsi”dən 20 milyon avrodan çox pul istədiyi bildirilir.

Qeyd edək ki, 27 yaşlı hücumçu açıqlamalarında "Qalatasaray"ın ona satacağı təqdirdə komandadan ayrılacağını deyib.

 


Son xəbərlər
topaz banner