Millimiz Bolqarıstana uduzdu

XƏBƏR 23 May 2013 / 11:11 1199
-  A +

Bolqarıstanda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, futbolçularımız Bolqarıstanın U-16 yığması ilə qarşılaşıb.

Oyun 4:2 hesabı ilə meydan sahibi komandanın xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Baxışəli Baxışəliyev və Fərid Əsədli fərqlənib.

Son xəbərlər
topaz banner