UEFA-nın “Malaqa” ilə bağlı qərarı ləğv edildi

UEFA-nın “Malaqa” ilə bağlı qərarı ləğv edildi
XƏBƏR 22 May 2013 / 15:02 2198
-  A +

UEFA İspaniyanın "Malaqa" klubunu iki il müddətinə öz bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırması ilə bağlı verdiyi qərarı ləğv edib.

Qol.Az-ın "Röyters"ə istinadən yaydığı məlumata görə, bu qərardan sonra Apelsyasiya Məhkəməsinə şikayət edən ispan klubu istəyinə nail olub. Klubların şikayətinə baxan məhəkəmənin Nyonda keçirilən toplantısında cəzanın ləğv ounması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Avropanın ali futbol qurumu "Malaqa"ya bu mövsümdə kredit borclarını və vergiləri ödəyə bilmədiyi üçün bu cəzanı tədbiq etmişdi.


Son xəbərlər
topaz banner