İlkay Gündoğan: “Futbolun zirvəsində deyiləm”

İlkay Gündoğan: “Futbolun zirvəsində deyiləm”
XƏBƏR 22 May 2013 / 14:12 1776
-  A +

Dortmundun “Borussiya” klubunun yarımmüdafiəçisi İlkay Gündoğan hələlik futbolun zirvəsində deyil.

Qol.Az-ın məlumatına görə, UEFA-nın saytına müsahibəsində o bildirib ki, hazırkı durumundan razıdır: “Amma indiki nailiyyətlərimlə yekunlaşmaq fikrindən uzağam”.

Qeyd edək ki İ.Gündoğan “Borussiya” ilə birgə mayın 25-də Çempionlar Liqasının “Bavariya” ilə final matçına çıxacaq.

"Fəxlə deyirəm ki, işlərimiz yaxşıdır. Lakin onu dəqiq bilirəm ki, mənim üçün hər şey hələ irəlidədir. Futbolda daha da böyümək üçün çox istəkliyəm” – deyə o vurğulayıb.


Son xəbərlər
topaz banner