Terim “Nani” dedi

Terim “Nani” dedi
XƏBƏR 22 May 2013 / 12:43 3095
-  A +

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Mançester Yunayted"in futbolçusu Nanin komandaya transfer olunmasnı istəyib.

Qol.Az-ın "Hürriyət" qəzetinə istiandən yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əhli”nin futbolçusu Quareşma və Nani arasında seçim qarşısında qalan təcrübəli mütəxəsis ikinciyə üstünlük verib. Komandaya gəlmək üçün bütün problemləri həll edə biləcəyini deyən Quareşmanın transferi məsələsi arxa plana keçib.

Qeyd edək ki, keçən il də İstanbul klubu Naninin transfer etmək istəmiş, ancaq "MY"nın baş məqşçisi Aleks Fergüsson buna razı olmamışdı. Yaxın günlərdə "Qalatasaray"ın ingilis klubuna yenidən 12 milyon avro dəyərində təklif göndərəcəyi bildirilir.


Son xəbərlər
topaz banner