Azərbaycan yığmasından ikinci qələbə

XƏBƏR 22 May 2013 / 10:53 1385
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində ikinci oyununu keçirib. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Trevizo" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. İtaliya təmsilçisinin qapısından topları Fəhmin Muradbəyli və Namiq Ələskərov keçirib.

Xatırladaq ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda "Empoli" komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.
Beləliklə, futbolçularımız maksimum nəticə ilə qrupda birinci yeri tutub.

Son xəbərlər
topaz banner