Millimizin rəqibləri üçün sloveniyalı hakim

XƏBƏR 21 May 2013 / 23:40 1442
-  A +

DÇ-2014-ün seçmə qrupunda millimizlə eyni qrupda yer alan Portuqaliya və Rusiya komandaları arasında iyunun 7-də Lissabonda keçiriləcək oyunun hakimləri bəlli olub.

Qol.Az-ın Portuqaliya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, görüş Damir Skominin başçılıq edəcəyi sloveniyalı hakimlər briqadasına həvalə olunub.

Xatırladaq ki, qrupda Rusiya millisi 4 oyundan 12 xalla 1-ci, Portuqaliya isə 6 oyundan 11 xalla 3-cü pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner