"Atletiko" Falkaonun getməsinə icazə verdi

"Atletiko" Falkaonun getməsinə icazə verdi
XƏBƏR 21 May 2013 / 11:52 2447
-  A +

Madridin "Atletiko" klubu futbolçusu Radamel Falkaonun komandadan ayrılmağına icazə verib.

Qol. Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, klubun meneceri Migel Angel bildirib ki, "Atletiko" Çempionlar Liqasına vəsiqə qazandığı üçün kolumbiyalı hücumçunun komandada qalmasında israrlı olmayacaqlar:

"Mövsüm başlamadan öncə Falkao ilə görüşdük. Əgər Çempionlar Liqasına vəsiqə qazansaq, onun verəcəyi bütün qərarlara hörmətlə yanaşacağımızı demişdik".

Qeyd edək ki, Falkao ilə "Çelsi"nin və "Monako"nun maraqlandığı iddia edilir.


Son xəbərlər
topaz banner