Azərbaycan Bolqarıstan təmsilçisinə altı qol vurdu

XƏBƏR 21 May 2013 / 11:00 1826
-  A +

Sliven şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın məlumatına görə, "Sliven" klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 6:1 hesabı ilə qələbə qazanıb. Bolqarıstan təmsilçisinin qapısından topları Rövlan Muradov, Baxışəli Baxışəliyev, Ziya Əzizov, Oruc İsmayılov, Pilağa Mehdiyev və Ruslan Hacıyev keçirib.

Son xəbərlər
topaz banner