"Xoşbəxtlikdən qolu tez vurduq"

"Xoşbəxtlikdən qolu tez vurduq"
XƏBƏR 21 May 2013 / 00:28 1828
-  A +

“Rəqib ilk hissədə oyuna nəzarət edirdi, lakin yüksək temp, sürətli ötürmələr yox idi. Qol vurana qədər bir-iki epizod yarada bildik. Xoşbəxtlikdən qolu tez vurduq, ardı da gəldi".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan"ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqanın sonuncu turunda "Sumqayıt"la oyundan (2:1) sonra deyib.

Baş məşqçi oyunu belə şərh edib: "İlk hissənin sonu göstərdi ki, ikinci hissədə “Sumqayıt” daha üstün oynayacaq. İkinci hissədə rəqib mərkəzdə pressinq tətbiq etdi, oyuna nəzarət etdi, istədiyi qolu vurdu. Əvəzetmələrlə oyunu bərabərləşdirmək istəsək də, alınmadı. Rəqib azlıqda qalandan sonra isə Ballo təkbətək epizodda fərqi artıra bilərdi”.

Son xəbərlər
topaz banner