"Futbol adına heç nə ilə yadda qalmadıq"

 "Futbol adına heç nə ilə yadda qalmadıq"
XƏBƏR 21 May 2013 / 00:25 1919
-  A +

“İlk hissədə futbol adına heç nə ilə yadda qalmadıq. Erkən qol buraxdıq, az sonra 0-2 hesabı ilə geri düşdük. İlk hissə xəcalətverici idi. İkinci hissəni isə qənaətbəxş hesab edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Bernhard Raab Topaz Premyer Liqanın son turunda "Turan"la oyundan (1:2) sonra deyib".

Baş məşqçi məğlubiyyətin səbəbləri haqqında da danışıb: "Təəssüf ki, cəmi bir qol vura bildik, məğlub olduq. Buna səbəb isə oyunda topa nəzarət etsək  də, son ötürmələrdə qeyri-dəqiq olmağımızdır. Bu problem mövsüm boyu oyunlarımızda özünü göstərdi”.

Son xəbərlər
topaz banner