“Bakı” İspaniya “Atletiko”sundan sonra Avropanın daha bir tanınmış klubu ilə əməkdaşlığa başlayıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bugünlərdə Portuqaliyada olan “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov katibi Zəka İbrahimov “Portu”nun bazasını ziyarət edərək Çempionlar Liqasının qalibinin infrastrukturu, bazası və iş metodları ilə yerindəcə tanış olublar. Onlar “texniki məsələlərlə tanışlıq” proqramı əsasında kluba aid bütün texniki şöbələrə, mühasibatlıq və idarəetmə strukturunun çalışdığı kompleksə baş çəkib. Qonaqlara klubun fəaliyyətindən bəhs edən video-rolik göstərilib.
Daha sonra “Porto”nun rəhbər şəxslərinin iştirakı ilə geniş toplantı düzənlənib. Portuqaliya klubunun rəsmisi Antero Enrike məlumat verərək bildirib ki, “Portu” son 15 ildə Avropaya ən çox oyunçu satan klubdur. Bu uğurlu nəticəni necə əldə etdiklərini açıqlayan klubun baş idarəçisi deyib ki, onlar uşaq futbol akademiyasının işinə xüsusi önəm verirlər və hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə yeniyetmə və gənc baxışdan keçmək üçün Portuqaliyaya dəvət olunur.
Nöbvəti gün “Bakı” futbol klubunun nümayəndələri “Portu”nun prezidenti Pintu da Koşta ilə görüşüblər. Tərəflər qarşılıqlı əməkdaşlıq üçün öz şərtlərini açıqlayıb. “Porto”nu prezidenti işbirliyində maraqlı olduqlarını bildirərək, “Atletiko” kimi “Bakı” ilə əlaqə qurmaq ideyasını dəstəkləyib. Koşta Azərbaycanla bağlı istənilən brendin klubun formalarında reklamına müsbət yanaşıb və deyib ki, Madrid klubunun gördüyü ilk iş bütün dünyaya səs salıb.
“Porto”nun rəhbəri təklif edib ki, «Bakı»nın aşağı yaş qrupları üzrə komandaları hər il 3 dəfə onların bazasında qonaq ola, 1 ay müddətinə təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirə bilər. Eyni ilə portuqaliyalılar bu məqsədlə ölkəmizə səfər etməyə razıdır. Əsas komandalara gəlincə, avrokubokların daimi iştirakçısı “Bakı” ilə yoldaşlıq görüşündə qüvvəsini sınamağa hazırdır.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır