Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavin “Arsenal” klubunu tərk edib. Qol.Az-ın “Sport-ekpress” qəzetinə istinadən yaydığı xəbərə görə, London təmsilçisi Premyer Liqada son oyununu keçirdikdən sonra A.Arşavin tvitter sosial şəbəkəsi vasitəsi ilə birgə çalışdığı insanlara və azarkeşlərə təşəkkürünü bildirib. Rus futbolçu “Arsenal”a Çempionlar Liqası yarışında uğurlar arzulayıb.
Qeyd edək ki, Arşavinin ingilis klubu ilə müqaviləsi bu yay baça çatırdı. Onunla müqavilənin uzadılmayacağı əvvəlcədən bəlli idi. Çünki bu mövsüm o, əsas heyətdə yerinə itirmişdi. Cəmi 10 matçda meydana çıxan Arşavin ümumilikdə 221 dəqiqə oynamış və bir qol vurmuşdu.
Arşavinin karyerasını hansı klubda davam etdirəcəyi bəlli deyil. Rusiya mətbuatı bu futbolçu ilə Avstraliya və Azərbaycan klublarının maraqlandığını yazıb.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır