Premyer Liqanın ən yaxşılarının adı açıqlandı

Premyer Liqanın ən yaxşılarının adı açıqlandı
XƏBƏR 17 May 2013 / 19:10 3759
-  A +

2012/13 mövsümü üçün İngiltərə Premyer Liqasının ən yaxşı baş məşqçisi və futbolçusu müəyyənləşib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ən yaxşı çalışdırıcı adına “Mançester Yunayted”dən Aleks Fergüsson, ən yaxşı futbolçu adına isə “Tottenhem”dən Qaret Beyl layiq görülüb.

Fergüssonun rəhbərliyi altında “MY” bu mövsüm çempion olub, Beyl isə 32 matçda meydana çıxıb, 20 qol vurub, dörd qolun ötürməsini verib, bir avtoqola imza atıb və beş dəfə isə sarı vərəqə alıb.


Son xəbərlər
topaz banner