Juilus Vobay "Neftçi"nin düşərgəsini tərk etdi
“Neftçi” PFK-nın futbolçusu Julius Vobay Syerra Leone milli komandasının düşərgəsinə dəvət alıb.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi formasını geyindiyi Syerra Leone yığması 2014-cü ildə Braziliyada baş tutacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti iki oyununu keçirəcək.
Qeyd edək ki, Afrika qitəsinin təmsilçisi 8 və 15 iyun tarixlərində müvafiq olaraq Tunis və Kabo Verde milli komandaları ilə qarşılaşacaq.