Bu həftə Topaz Premyer Liqasında 2012/13 mövsümünə yekun vurulacaq. Qol.Az-ın məlumatına görə, 32-ci turun qarşılaşmaları mükafatlar və aşağı dəstəyə düşənlərin müəyyənləşməsi baxımından əhəmiyyət kəsb etməyəcək.
İlk “altılıq” komandaları mayın 19-da, ikinci “altılıq” komandaları isə ertəsi gün meydana çıxacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
19 may (bazar)
“Neftçi” - “Bakı”
+24=9-8, top fərqi – 61:33
42-ci paytaxt derbisi ərəfəsində “Neftçi” qələbə sayında 3 qat üstünlüyə malikdir. Artıq ardıcıl 3-cü çempionluğu təmin edən “ağ-qaralar” son 6 görüşdə rəqibindən qol buraxıb. Əvəzində son 4 ev oyununda məğlub olmayıb.
“Qarabağ” - “Simurq”
+5=5-5, top fərqi – 12:14
Əyalət klubları 16-cı duelə tarazlıqla yollanır. Eyni sayda qələbə və heç-heçələri olan komandaların top fərqində üstünlük “Simurq”un tərəfindədir. Lakin mövsümün gümüş mükafatçısı olan “Qarabağ” ardıcıl 3 ev oyunundan 3 xalla ayrılıb.
“İnter” - “Qəbələ”
+10=6-3, top fərqi – 27:14
Çempionatdakı yubiley 20-ci duelə aşkar üstünlüklə çıxacaq tərəf “İnter”dir. Bakılılar tarixi ərzində öz meydanında “Qəbələ”yə uduzmayıb.
20 may (bazar ertəsi)
“Turan” - “Sumqayıt”
+2=2-3, top fərqi – 4:8
Son qarşılaşmadakı qələbə ilə üstünlüyə yiyələnən “Sumqayıt” növbəti oyunda da bunu davam etdirməyə çalışacaq. “Turan”ın ev oyunlarında 1-dən artıq qol vuran olmayıb.
“Xəzər Lənkəran” - “Rəvan”
+1=3-1, top fərqi – 7:4
Hər 2 ev oyununda rəqib qapısına yol tapan “Xəzər Lənkəran” yalnız top fərqində üstünlüyə malikdir. 8-ci yer uğrunda mübarizə aparan rəqiblərin qarşılaşmasında meydan sahibləri qələbə sayında tarazlığı pozmasa da mövqeyini qoruyacaq. Bakılılar isə qalib gələcəyi təqdirdə turnir cədvəlində 8-ci pilləyə yüksələ bilər.
AZAL - “Kəpəz”
+8=2-1, top fərqi – 18:5
AZAL 12-ci dəfə qarşılaşacağı “Kəpəz”lə matçlarda aşkar üstünlüyə malikdir. Bakılılar artıq 7-ciliyi təmin edib və sonuncu olması dəqiqləşən rəqibi ilə matçlarda da uğurlu seriyaya malikdir. Mövsümdə ardıcıl 7 qələbəsi olan AZAL gəncəlilərlə son 6 matçın hamısında 3 xal qazanıb.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu