"Dənizlispor"un baş məşqçisindən azərbaycanlı futbolçulara etimad

"Dənizlispor"un baş məşqçisindən azərbaycanlı futbolçulara etimad
XƏBƏR 15 May 2013 / 22:31 3032
-  A +

"Dənizlispor" klubunun azərbaycanlı futbolçuları Rail Məlikov və Arif İsayev yeni mövsümdə də komandalarının şərəfini qoruya bilər.

Qol.Az-ın DHA-ya istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi Özcan Bizati növbəti mövsümdə  komandada görmək istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib. Baş məqşçini təqdim etdiyi siyahıda millimizin oyunçuları da yer alıb. Bundan başqa, Bizatı rəhbərlikdən yeni mövsümdə ikisi əcnəbi olmaqla, 8 futbolçunun transfer olunmasını tələb edib.

Son xəbərlər
topaz banner