“Qəbələ Kuboku”nun finalı “NTVSpor”da

“Qəbələ Kuboku”nun finalı “NTVSpor”da
XƏBƏR 15 May 2013 / 18:27 2783
-  A +

Türkiyənin “NTVSpor” telekanalı mayın 28-də start götürəcək II “Qəbələ Kuboku”nun final matçını canlı yayımlayacaq. Bu haqda “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov məlumat verib.
 
Kərimovun sözlərinə görə, bu məqsədlə telekanalın 18 nəfərdən ibarət heyəti Azərbaycana gələcək: “Artıq “NTVSpor”la razılıq əldə etmişik. Bu telekanal “Qəbələ Kuboku”na böyük maraq göstərir. İyunun 2-də keçiriləcək final matçının canlı yayımı ilə yanaşı, hər gün “NTVSpor”un idman xəbərlərində və bülletenlərində turnirlə bağlı məlumatlar da veriləcək. Verilişlərdə “Qəbələ Kuboku” barədə də danışılacaq. Hətta verilişlərdən birinin Qəbələdən canlı efirə çıxması da planlaşdırılıb”.
 
Azərbaycan telekanallarından isə “İdman Azərbaycan” turnirin bir neçə oyununu yayımlayacaq.
 
Qeyd edək ki, II “Qəbələ Kuboku”nda Türkiyəni “Beşiktaş” təmsil edəcək. İlk turnirin qalibi “Qalatasaray” olub (lent.az).

Son xəbərlər
topaz banner