“Təbii ki, çempionluq sevindiricidir. Düzü, “Qarabağ”la oyundan sonra rəsmən olmasa da, böyük ölçüdə çempion olacağımıza inanırdıq. Sadəcə, bunu rəsmiləşdirmək qalırdı. Şükürlər olsun ki, ötən gün komandamız “Qəbələ”də çempionluğunu rəsmiləşdirdi. Baş məşqçi Böyükağa Hacıyevin dediyi kimi, maraqlı məqamlardan biri də bu idi ki, ötən mövsüm “Qəbələ” ilə oyundan sonra çempionluq kubokunu almışdıq. Ancaq həmin oyunda məğlub olmuşduq. Bir növ onun təsəllisi oldu ki, məhz Qəbələdə çempionluğumuzu rəsmiləşdirdik. Gələn turda “Bakı” ilə oyunumuz var. Həmin oyundan sonra bizə çempionluq kubokunun verilməsi gözlənilir”.
Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.
O qeyd edib ki, çempion olmaqla kifayətlənmək olmaz: “Həmişə demişəm ki, Azərbaycan çempionu olmaq asandır. Əsas odur ki, bunun davamını gətirib, Avropada uğurlu çıxış edəsən. Azarkeşlərin heç şübhəsi olmasın ki, Avroliqada ən azı keçən ilki uğurumuzu təkrarlamağa çalışacağıq”.
G.Abbaszadə çempionluqla əlaqədar bayram tədbirinin nəzərdə tutulmadığını bildirib: “Hələlik belə bir tədbir barədə düşünmürük. Çünki bizim istədiyimiz daha bir kubok var. Mayın 28-də “Xəzər Lənkəran”la kubokun final qarşılaşmasını gözləyirik. Ona görə də təmtaraqlı bir tədbir nəzərdə tutulmayıb. Amma klubun əməkdaşları, futbolçular, onların yaxınları bir yerdə yığışıb çempionluğu qeyd edəcəyik. Ağır oyunların yükünü üzərimizdən atmaq vacibdir. Yəqin ki, bu haqda yaxın günlərdə qərar veriləcək və müvafiq bir yer təyin edib çempionluğu qeyd edəcəyik. Bizim üçün daha vacib olan kubokun final oyunudur”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi