Qol.Az saytı bu gündən etibarən "Gənc istedadlar" adlı yeni rubrikaya start verir. Bu rubrikada adından da göründüyü kimi gənc, perspektivli futbolçuları daha yaxından tanımaq imkanına malik olacaqsınız. "Gənc istedadlar"ın ilk qonağı "Bakı"nın müdafiəçisi, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın keçmiş üzvü Səbuhi Həsənovdur.
- Əvvəlcə özün haqqında qısa da olsa məlumat verməyini istərdik. Futbola gəlşin necə oldu?
- 1987–ci ildə Bakı şəhərində doğulmuşam. Atam gənc yaşlarında futbolla məşğul olduğundan, ailəmizdə bu idman növünə həmişə böyük maraq olub. Artıq kiçik yaşlarımdan məhəllədə futbol oynayırdım. Futbola marağımı görən atam mənim uşaq futbol komandasında məşq etməyimə şərait yaratdı. İlk məşqçim isə Çingiz Əzimov olub.
- Hansı mövqedə oynamaq sənin üçün daha rahatdır?
- Müdafiəçiyəm və müdafiənin hər mövqeyində oynamağı bacarıram.
- İndiyə qədər hansı komandalarda çıxış etmisən?
- Çingiz Əzimovun rəhbərlik etdiyi komandada bir neçə il oynadıqdan sonra «Qarabağ»a keçdim. O vaxt komandanın baş məşqçisi Şahin Diniyev idi. Burada Tərlan Əhmədov, Arif Əsədov, Aslan Kərimov kimi təcrübəli futbolçular çıxış edirdi. Əsas heyətlə məşq edir, 2–ci heyətdə isə oyunlara çıxırdım. Bir ildən sonra Əfqan Talıbov məni «Ədliyyə» komandasına dəvət etdi. O zaman həm də 19 yaşadək futbolçulardan ibarət yığma komandanın üzvü idim. Bir ildən sonra isə Naci Şensoy tərəfindən «Turan» komandasına dəvət olundum. Bir il də orada çıxış etdikdən sonra «Bakı» klubuna gəldim. Artıq 3 ildir ki, bu klubda çıxış edirəm.
- 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə də mütəmadi dəvət alırdın…
- Bəli. U–21-ə ilk dəfə Nazim Əliyev komandanın baş məşqçisi çalışan zaman çağırılmışam. Şakir Qəribovun və Bernhard Lippertin rəhbərliyi altında da Olimpiya millisində çıxış etmişəm. Ümumilikdə, 4 rəsmi oyunda meydana çıxmışam.
- Hansı komandanın üzvü olmağı istərdin?
- Mən arzu etdiyim komandadayam. Başda Hafiz müəllim olmaqla «Bakı» klubunun rəhbərliyi tərəfindən futbolçulara hər cür şərait yaradılıb. Coko Hadziyevski kimi təcrübəli baş məşqçimiz var. Komanda daim çempionluq uğrunda mübarizə aparır. Ümumiyyətlə, «Bakı»nın heyətində möhkəmlənmək və bu klubla çoxlu sayda uğur qazanmaq istəyirəm.
- «Bakı» bu mövsüm ikinci ölkə çempionluğunu qazandı. Bu, sənin karyeranda ilk çempionluq idi. Təəssüratlarını bilmək istərdik…
- Həqiqətən də, bu, mənim ilk çempionluğum idi. Təəssüratlara gəlincə, bu uğurun gətirdiyi sevinci sözlə ifadə etmək mümkün deyil. Çempionatın ikinci dövrəsinə hazırlıq məqsədilə Antalyada təşkil olunan təlim-məşq toplanışında zədələnmişdim və buna görə, ötən mövsümdən fərqli olaraq, bu il əsas heyətdə az oynadım.. Çalışacağam ki, bu mövsüm komandama daha çox kömək edim.
- Komandanla müqavilə nə vaxt başa çatır?
- İyunun sonunda.
- Müqaviləni artırmaq fikrin varmı?
- Mən bu klubun yetirməsiyəm. «Bakı» klubuna bağlı bir futbolçuyam və burada qalmaq istəyirəm. Təbii ki, yekun qərarı rəhbərlik verəcək.
- Boş vaxtlarında nə ilə məşğul olursan?
- Mütəmadi məşqlər və oyunlarla əlaqədar boş vaxtım çox az olur. Belə məqamlar olanda isə, fərdi qaydada məşq edir, sonra isə evdə istirahət etməyə üstünlük verirəm.
- Hansı janrda olan musiqiləri dinləməyi xoşlayırsan?
- Muğamlarımızı çox sevirəm. Xalq və bəstəkar mahnılarını da dinləməyi xoşlayıram.
- Hansı sevimli məşğuliyyətin var?
- Bilmirəm buna nə dərəcədə məşğuliyyət demək olar, amma xarici ölkələrdə olan zaman oradan xatirə hədiyyələri almağı xoşlayıram.
- Son vaxtlar kitab oxumağa meyil azalıb. Sən necə, mütailə edirsənmi?
- Boş vaxtım olduğu zaman mütailə edirəm.
- Hansı xarici komandaya azarkeşlik edirsən?
- İtaliya millisinə və «Fənərbaxça» klubuna.
- Hansı futbolçunun oyunundan xoşun gəlir?
- Ən çox bəyəndiyim və özüm üçün kumir saydığım futbolçu bugünlərdə karyerasını başa vuran İtaliya yığmasının və «Milan»ın müdafiəçisi Paolo Maldinidir.
- Yerli futbolçulardan kimlərin oyununu bəyənirsən?
- Rəşad Sadıqovun, Mahmud Qurbanovun adlarını qeyd edə bilərəm.
- Futbol azarkeşlərinə hər hansı sözün varmı?
- Bildiyiniz kimi, «Bakı», «İnter», «Simurq» və «Qarabağ» bu il ölkəmizi avrokuboklarda təmsil edəcəklər. Azarkeşlərə qələbə sevinci görmələrini arzu edir və komandalarımıza dəstək olmalarını xahiş edirəm.
"Liverpul"la razılaşdı
Alonso seçim arasında qaldı
Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi
"İmişli" braziliyalı oyunçunu transfer etdi - Rəsmi
PSV Çempionşipdən onu transfer etdi
Hakimi 15 ilədək həbs oluna bilər
"Neftçi"nin Kipr klubu ilə oyununda 4 qol
"Biz "Real"dan daha çox gücləndik"
"Aris"lə oyunda xarakter göstərdik" - Patrik Andrade
AFFA-da bu vəzifənin icrası ona tapşırıldı
"Bavariya"nın qapıçısının 6 yaşlı oğlu dünyasını dəyişdi
Qavi: "Ter Ştegen "Barselona"nın əfsanəsidir"
Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı
"Şkendiya" azərbaycanlı azarkeşlərə nə qədər yer ayırıb?
QOL.az sizə daha əlçatan oldu!
"Qarabağ" ÇL-də "pley-off"a yüksəlsə - Potensial rəqiblər...
"Çelsi" futbolçusunu icarəyə verdi
Şkrinyar birdəfəlik "Fənərbaxça"da - Rəsmi
Azərbaycanlı hakimə UEFA-dan daha bir təyinat
Klublarımızın Konfrans Liqasındakı oyunlarının vaxtı bilindi
"Sabah"ın "Levski" ilə oyunlarının hakimləri açıqlandı
"Kəpəz"də daha bir ayrılıq
Orxan Əliyev Qırğızıstanda növbəti qolunu vurdu
PFL-dən Premyer Liqa ilə bağlı qərar
"Turan Tovuz" Albaniya və Mərakeş klubları ilə qarşılaşacaq
“Araz Naxçıvan”ın heyrətamiz incəlikləri…
"Klub adına yaxşı bir tarix yazdıq" - Bəxtiyar Həsənalızadə
Zamiq oynadı, komandası mərhələ adladı
Elnur Məmmədli AFFA-dan getdi