"Onsuz çox darıxacağıq"

"Onsuz çox darıxacağıq"
XƏBƏR 11 May 2013 / 22:55 3153
-  A +

"Arsenalın baş məşqçisi Arsen Verger mövsümün sonunda karyerasını başa vuracaq "Mançester Yunated"in çalışdırıcısı Aleks Fergüsson haqda danışıb.

Qol.Az-ın məlumatına görə, klubun saytına açıqlama verən təcrübəli mütəxəsis Fergüssonun əldə etdikləri bütün uğurlara hörmət etdiyin deyib: "Onsuz ingilis futbolunu təsəvvür etmək mümkünsüzdür. Fergüsson üçün çox darıxacağıq. Amma daha bu bir reallıqdır. Moyesin onun yoxluğunu doldurması çox çətin olacaq".

Venger həmçinin "qırmızı şeytanlar"ın Fergüssonsuz da yenə ən güclü klublarından olaraq qalacağını qeyd edib: "MY" maddi cəhətdən hələ də dünyanın ən yaxşı klublarıdnan biridir. Sahib olduqları futbolçular göz qabağındadır. Ancaq yenə də Fergüssonun insanlığını və xarizmasını hər zaman axtaracaqlar".

Son xəbərlər
21.01.26  17:30

“Roma”da ayrılıq

21.01.26  14:47

"Jirona" güclənir