"Xəzər Lənkəran"da yeni kapitan

"Xəzər Lənkəran"da yeni kapitan
XƏBƏR 10 May 2013 / 12:30 3306
-  A +

Topaz Premyer Liqasının 30-cu turu “Xəzər Lənkəran”ın bolqarıstanlı legioneri Radomir Todorov üçün əlamətdar olub.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, o, karyerasında ilk dəfə “ağ-yaşıllar”ın kapitanı kimi meydana çıxıb. Komandanın “Turan”la qarşılaşmasına sarğı ilə başlayan Todorov bununla da klubun kapitanları siyahısına daxil olub.
 
Bunadək 2004-cü ildə yaranan “Xəzər Lənkəran”ı 9 illik tarixində rəsmi matçlara 20 kapitan çıxarmışdı. Radomir bu siyahıya 21-ci kimi daxil oldu. Bolqarıstanlı futbolçu Junior Osvaldo və Aleksandr Martyoşkindən sonra kapitanlığa layiq görülən 3-cü legionerdir. Əcnəbilər ümumilikdə 4 dəfə meydana kapitan sarğısı ilə çıxıb.
 
Qeyd edək ki, komandanın əsas kapitanı Rahid Əmirquliyev “Turan”la görüşdə meydana sonradan daxil olub.
 
1. Kamran Ağayev  83
2. Rahid Əmirquliyev  60
3. Mahmud Qurbanov  59
4. Emin Quliyev  25
5. Samir Əliyev  24
6. Zaur Ramazanov  23
7. Dmitri Kramarenko 19
8. Arif Əsədov  14
9. Elmar Baxşıyev  10
10. Elnur Allahverdiyev  5
11. Bəxtiyar Musayev  4
12. Alim Qurbanov  3
13-14. Füzuli Məmmədov, Junior Osvaldo  2
15-21. Aleksandr Martyoşkin, Elnur Abdullayev, Ədəhim Niftəliyev, Radomir Todorov, Rəşad Abdullayev, Ruslan Poladov, Xaqani Məmmədov  1

Daha çox


Son xəbərlər
21.01.26  17:30

“Roma”da ayrılıq

21.01.26  14:47

"Jirona" güclənir