Topaz Premyer Liqasında 29-cu turun rəmzi komandası müəyyənləşib. Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Instat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən Topaz Premyer Liqasında ötən turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib.
Qapıçı: Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər: İlia Kandelaki (İnter); Alvaro Silva (Xəzər Lənkəran); Elvin Yunuszadə (Neftçi); Ruslan Əmircanov, (İnter)
Yarımmüdafiəçilər: Ruslan Qurbanov (Sumqayıt); Taner Taktak (Sumqayıt); Nicat Qurbanov (Simurq); Taqim Novruzov (AZAL)
Hücumçular: Can Akgün (Sumqayıt); Junior Nildo (AZAL)
Turun ən yaxşı oyunçusu isə “Sumqayıt” klubunun hücumçusu Ruslan Qurbanov olub.
Ötürmələrdə ən dəqiq olan isə Tovuzun “Turan” komandası olub. Əyalət təmsilçisinin oyunboyu ötürmələrindəki dəqiqlik 85% təşkil edib.
Gəncənin “Kəpəz” klubunun futbolçuları isə hamıdan çox – 6 dəfə oyundan kənar vəziyyətə düşüb.
Ən çox top itkisinə yol verən komanda Ağdamın “Qarabağ” klubu, ən çox top ələ keçirən komanda isə “Xəzər Lənkəran” olub.
Müdafiədə ən uğurlu oyunu Bakının “Neftçi” klubu göstərib.
“Qəbələ” klubu turun ən çox qayda pozuntusuna yol verən komandasıdır.
Rəqib qapısına topla ən çox zərbə endirən futbolçu “Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovdur.
Ötürmələrdə isə “Turan”dan Dmitri Pospelov və “Rəvan”dan Şəhriyar Rəhimov yüksək göstərici – hər biri 90% dəqiqlik göstərib.
Hava mübarizələrində “Xəzər Lənkəran”ın müdafiəçisi Alvaro Silva hamıdan üstün olub. İspaniyalı müdafiəçi hava mübarizələrinin 80%-də rəqiblərini üstələyib.
Alvaro Silvanın komanda yoldaşı Sadio Tounkara isə ən çox driblinq edən futbolçudur.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər