"Qalatasaray"ın prezidenti: "Burak Avropaya gedə bilər"

"Qalatasaray"ın prezidenti: "Burak Avropaya gedə bilər"
XƏBƏR 7 May 2013 / 16:25 2460
-  A +

“Qalatasayar” klubunun prezidenti Ünal Aysal Burak Yılmazın başqa kluba transfer olmağının mümkün olduğunu deyib.

Qol.Az-ın məlumatına görə, “TRT Spor”a danışan klub prezidenti Burakı yeksək məbləğ şərti ilə transfer etmək istədiklərini bildirib: “Hədəfimiz bəllidir. Bu hədəflərimizə çatmaq üçün maliyyə mənbəyimiz olmalıdır.  Buraka təklif gələrsə, alıcının kulli miqdarda pulu olmalıdır. Burak “Qalatasaray”a yaxşı pul qazandırmaq şərti ilə istəsə, Avropaya gedə bilər”.

Ü.Aysal klubun hədəflərindən də danışıb: “Qalatasaray”ın hədəflərini bildirmişik. Gələn mövsüm Avropanın öndə gedən klubları arasında olmaq istəyirik. Çempionluq kubokunu mayın 19-da, klubun yaranma günündə qazanmaq istəyirik”. 

Daha çox


Son xəbərlər
21.01.26  17:30

“Roma”da ayrılıq

21.01.26  14:47

"Jirona" güclənir