"Borussiya" Vaydenfellerlə müqaviləni uzatdı

"Borussiya" Vaydenfellerlə müqaviləni uzatdı
XƏBƏR 7 May 2013 / 11:30 1501
-  A +

Dortmund "Borussiya"sı qapıçısı Roman Vaydenfellerlə müqavilənin müddətini 2016-ci ilə qədər uzadıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı qolkiper daha iki il komandasının şərəfini qoruyacaq.

Müqaviləni yenilədikdən sonra klubun saytına açıqlama verən qapıçı indiyə kimi heç vaxt "Borussiya"dan ayrılmaq niyyətinin olmadığını deyib.

Qeyd edək ki, Vaydenfeller 2002-ci ildən "Borussiya" forması geyir.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner