Bu həftə Topaz Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, final mərhələsinin 8-ci turu Azərbaycan çempionunun adına da aydınlıq gətirə bilər. Qızıl medalların taleyi baxımından həlledici ola biləcək turda ilk “altılıq” komandaları eyni gündə meydana çıxacaq. İkinci “altılıq” matçları isə 1 gün əvvəl keçiriləcək.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla qarşıdakı turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edirik.
30-cu tur, 8 may (çərşənbə)
“Kəpəz” (Gəncə) – “Rəvan” (Bakı)
+4=0-3, top fərqi - 9-14
Son 2 qarşılaşmada rəqibini quru hesabla məğlub edən “Rəvan” top fərqində öndə olduğu duellərdə qələbə sayında geridədir. Aşağı dəstəyə düşməsi çoxdan rəsmiləşən “Kəpəz” bu minimal üstünlüyünü evdə qorumağa çalışacaq. Rəqiblərin əvvəlki 7 matçında heç vaxt heç-heçə qeydə alınmayıb.
AZAL (Bakı ) – “Sumqayıt” (Sumqayıt)
+2=3-2, top fərqi - 12-11
Cari mövsümdə rəqibinə uduzmayan AZAL yalnız top fərqində cüzi üstünlüyə malikdir. “Sumqayıt” səfərdə keçirdiyi hər 3 oyunda qol vurub və qapısında da ən azı 1 top görüb.
“Xəzər Lənkəran” (Lənkəran) – “Turan” (Tovuz)
+13=4-2, top fərqi - 36-14
Çempionatda 20-ci dəfə qarşılaşacaq rəqiblərin oyunlarında indiyədək 50 qol vurulub. Həm qələbə, həm də top sayında aşkar üstünlük “Xəzər Lənkəran”ın tərəfindədir. Cənublular son 3 ev oyununda da qalib gəlib.
9 may (cümə axşamı)
“Bakı” (Bakı) – “Qəbələ” (Qəbələ)
+12=4-3, top fərqi - 25-13
Öz meydanında heç vaxt “Qəbələ”yə uduzmayan “Bakı” 20-ci duel ərəfəsində böyük üstünlüyə malikdir. Bakılılar cari mövsümdə də rəqibinə yenilməyib.
“Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
+11=3-1, top fərqi - 24-6
Ardıcıl 3-cü dəfə Azərbaycan çempionu olan ilk klub kimi tarixə düşməyə yaxın olan “Neftçi” özü üçün münasib rəqiblə qarşılaşacaq. Əvvəlki 15 oyunun 11-də qalib gələn bakılılar top fərqində “Simurq” üzərində 4 qat üstünlüyə malikdir. Son 7 qarşılaşmada isə zaqatalalılar xala da həsrət qalıb.
“İnter” (Bakı) – “Qarabağ” (Ağdam)
+9=11-14, top fərqi - 24-35
35-ci duel ərəfəsində üstünlüyə malik “Qarabağ” son illərdə “İnter” üçün çətin rəqibə çevrilib. Bakılılar son 10 matçda qalib gələ bilməyib. Paytaxt təmsilçisi öz meydanında 4 görüşdür 3 xal həsrətindədir. “Qarabağ” son 3 səfər oyununda heç-heçəyə nail olub.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı