Ağdamın “Qarabağ” klubunun qələbə seriyası qırılıb. Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası Topaz Premyer Liqasında martın 12-də 23-cü turun “Simurq”la səfər oyununda 0:1 hesabı ilə uduzandan sonra 29-cu turun mayın 4-dəki “Neftçi” ilə görüşünədək (1:2) 5 qələbə sıralamışdı. Bu qələbələri ümumi 8:3 top fərqi ilə qazanan “Qarabağ” mövsümün rekordunu təkrarlayıb.
Belə ki, “Neftçi” 18-22-ci turlarda 5 ardıcıl qələbə qazanmışdı. Lakin bakılıların top fərqi daha sanballı idi – 12:3.
Mövsümdə ardıcıl 5 qələbə qazanan 3-cü komanda isə AZAL oldu. Paytaxt təmsilçisi 24-cü turda martın 30-da “Xəzər Lənkəran”la səfərdə heç-heçə (1:1) etdikdən sonra qələbə seriyasını artıq 5-ə çatdırıb. AZAL-ın bu matçlardakı top fərqi 11:2-dir.
“Neftçi”nin seriyası çempionatın təsnifat mərhələsinə təsadüf edibsə, “Qarabağ” ilk, AZAL ikinci “altılıq”da 5 qələbəni sıralayıb. Bu isə o deməkdir ki, “Qarabağ” Azərbaycan çempionatları tarixində “altılıq”da qeydə alınan ən uzun qələbə seriyasının 1 addımlığında dayanıb. “Altılıq”da ən uzun qələbə seriyası 1998/99 mövsümündə qeydə alınıb. Həmin vaxt “Kəpəz” 28-33-cü turlarda ardıcıl 6 dəfə qalib gəlməklə çempionluğu təmin etmişdi və yalnız bundan sonra seriya qırılmışdı. “Qarabağ”ın həmin seriyasını təkrarlamasına 1 qələbəsi yetmədi. AZAL isə ikinci “altılıq” üçün 2010/11 mövsümündə qeydə alınan rekordu təkrarladı. Bələ ki, həmin vaxt “Muğan” da 5 qələbəni sıralamışdı.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ən uzun qələbə seriyası da “Kəpəz”ə məxsusdur. Gəncəlilər 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 matçda meydanı 3 xalla tərk edib.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində