Millimizin ilk oyunun vaxtı və məkanı bəlli oldu

Millimizin ilk oyunun vaxtı və məkanı bəlli oldu
XƏBƏR 3 May 2013 / 12:40 1509
-  A +

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi ilk oyunun başlanma vaxtı və stadion müəyyənləşib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamız iyunun 8-də, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Makedoniya komandası ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

Xatırladaq ki, yığmamızın mübarizə aparacağı 8-ci qrupdakı digər rəqibləri İsrail, Portuqaliya və Norveç komandalarıdır.

Son xəbərlər
Topaz Desktop Banner