Qvardiola "Barselona"dan danışdı

Qvardiola "Barselona"dan danışdı
XƏBƏR 3 May 2013 / 12:18 3035
-  A +

Yeni mövsümdən "Bavariya"nı çalışdıracaq Pep Qvardiola keçmiş komandası "Barselona" haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis katalon klubunda çalışdığı vaxtlarda çox xoşbəxt olduğunu deyib: "İşlədiyim insanlarla çox yaxşı münasibətim var idi. Futbolçularımı çox sevirdim. Çünki işlərinə çox böyük həvəslə yanaşırdılar".

Qvardiola "Barsa"dan ayrılması haqda da danışıb: "Kiminsə səni işdən ayırmağındansa, özün istefa verməyin daha yaxşıdır".

İspan çalışdırıcı bütün olanlara baxmayaraq, artıq "Barselona" dönəmininin arxada qaldığını söyləyib: "Hər zaman layiq olduğun yerdə olmalısan. Uğurlar əldə etdiyin zaman böyük klubları çalışdırmağa davam etməlisən. Əks halda özünü qapının önündə görərsən".

Son xəbərlər
Topaz Desktop Banner