"Xəzər Lənkəran" poker iddiasında

XƏBƏR 2 May 2013 / 12:54 2806
-  A +

“Xəzər Lənkəran” Topaz Premyer Liqanın 29-cu turunda “Kəpəz”lə qarşılaşacaq.

Ql.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu görüşdə cənub təmsilçisi özünəməxsus pokerə imza ata bilər. Məsələ ondadır ki, cari mövsümdə baş tutan ilk 3 oyunda qələbə qazanan “ağ-yaşıllar” 4-cü dəfə rəqibini məğlub etməklə bir çempionatda eyni rəqibdən 12 xal almağı bacaracaq.
 
Səfər oyunlarında minimal fərqli qələbələr qazanan “Xəzər Lənkəran” evdə darmadağın etdiyi rəqibi yenidən qonaq edəcək. Bu üzdən də mövsümdə 4-cü qələbənin qeydə alınması inandırıcı görünür. Ümumilikdə isə ardıcıl 6 qələbə qazanan cənublular bu seriyanı 7-yə çatdırmaq istəyindədir.
 
İlk dəfə 2004/05 mövsümündə qarşılaşan və yalnız çempionat çərçivəsində üz-üzə gələn rəqiblər indiyədək 11 dəfə üz-üzə gəlib. 9 qələbəsi olan “Xəzər Lənkəran” 1 dəfə heç-heçə və 1 dəfə məğlubiyyətə üzülüb. Top fərqində üstünlük isə aşkardır – 20:8.

2004/05     21.12.2004     çempionat     e     2:0
2004/05     25.05.2005     çempionat     s     1:0
2005/06     13.11.2005     çempionat     e     1:1
2005/06     21.04.2006     çempionat     s     2:1
2010/11     17.10.2010     çempionat     s     1:4
2010/11     11.12.2010     çempionat     e     1:0
2011/12     28.10.2011     çempionat     e     1:0
2011/12     16.12.2011     çempionat     s     4:1
2012/13     10.08.2012     çempionat     e     4:0
2012/13     24.11.2012     çempionat     s     1:0
2012/13     06.04.2013     çempionat     s     2:1

Son xəbərlər
Topaz Desktop Banner