Sergey Yuran: “İndi yaxşı fikirləşmək lazımdır”

Sergey Yuran: “İndi yaxşı fikirləşmək lazımdır”
XƏBƏR 30 Aprel 2013 / 13:19 1870
-  A +

“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran Azərbaycan və Rusiya klublarından təklif aldığını açıqlayıb.

Qol.Az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, o, Rusiyada dəvət aldığı bir komandanın Premyer Liqada, digərinin isə Milli Futbol Liqasında oynadığını deyib: “İndi yaxşı fikirləşib doğru qərar vermək lazımdır”.

Qeyd edək ki, Rusiya mətbuatı növbəti dəfə Yurana “Qəbələ”dən dəvət göndərildiyini yazıb. Amma “Qəbələ” bu məlumatı təkzib edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner