“Xəzər Lənkəran” klubu “Bakı”nın Madrid “Atletiko”su ilə əməkdaşlığına rəsmi münasibətini bildirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan futbolunun inkişafına xidmət göstərmək yolunda daim özünəməxsus müsbət addımları ilə fərqlənən Lənkəran təmsilçisi paytaxt təmsilçisinin də Avropanın tanınmış bir klubu ilə əməkdaşlığını yüksək qiymətləndirir.
Cənublular bəyan edir ki, bu gün heyətində Avropanın bir çox tanınmış futbol ulduzlarının toplaşdığı Madrid “Atletiko”sunun İspaniya La Liqasında formalarında “Azerbaijan – Land of Fire” reklamı ilə meydana çıxmasına necə seviniblərsə, bu gün də klubun “Bakı”nın dəvəti əsasında paytaxtımızda olmasından məmnunluq duyurlar: “Xəzər Lənkəran” klubu olaraq düşünürük ki, komandalarımızın ölkəmizi və futbolumuzu dünyada tanıtdırmaq yolunda atdığı hər bir belə addım ümumi olaraq ölkə futbolumuzun inkişafına xidmət sayılmalıdır. Hazırda klublarımızın ölkə daxilində klub infrastrukturunu formalaşdırmaq xətti ilə yanaşı hazırlayıb həyata keçirdikləri “Azerbaijan – Land of Fire” kimi böyük layihələrdə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Azərbaycan futbolunun inkişafına dair dövlət proqramı”na dəstək verən gözəl bir addımdır. Bir daha “Xəzər Lənkəran” klubu olaraq “Bakı”nın həyata keçirdiyi layihəni, “Bakı” - “Atletiko” (Madrid) əməkdaşlığını yüksək qiymətləndirib dost paytaxt klubuna bu yolda uğurlar arzulayırıq”.
Antirekord təkrarlandı
Millidə tarixi qol vurdu
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı