"Simurq": 200 oyun, 200 qol

XƏBƏR 30 Aprel 2013 / 11:05 1382
-  A +

“Simurq” Premyer Liqada 200-cü oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, Topaz Premyer Liqasının 28-ci turunda “Bakı”nın qonağı olan Zaqatala təmsilçisi 2006-cı ildən çıxış etdiyi güclülər dəstəsində yubiley matçına çıxıb. Paytaxt təmsilçisinə 1:2 hesabı ilə uduzan “Simurq” elitadakı 7 mövsümdə bu oyunadək 199 qarşılaşmaya çıxıb.

200-cü oyununu keçirən “Simurq” yubiley oyununda yubiley qolunu da vurub. “Bakı” ilə matçdakı təsəlli qolu klubun Premyer Liqada 200-cü qolu olub.

Qeyd edək ki, klubun Premyer Liqadakı 200 qolunun müəllifləri arasında ən yaxşı bombardir Vladimir Mazyardır – 28 qol. Daha 3 futbolçu 10-dan çox qol vurub: Elşən Məmmədov - 13, David Bolkvadze - 12, Ramin Nəsibov - 11.

Son xəbərlər
Topaz Desktop Banner