Arda Turan: "Özümü ev sahibi kimi hiss edirəm"

Arda Turan: "Özümü ev sahibi kimi hiss edirəm"
XƏBƏR 29 Aprel 2013 / 22:04 3323
-  A +

İspaniyanın "Atletiko" (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan "Bakı" ilə yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında açıqlama verib.

Qol.Az-ın məlumatına görə, əvvəlcə o, ölkəmizdə yaxşı qarşılandığı üçün təşşəkürünü bildirib: "Burda olmaqdan çox şadam. Özümü ev sahibi kimi hiss edirəm. Türk-Azərbaycan mədəniyyətini dünyaya belə gözəl formada nümayiş etdirdiyinizə görə təşəkkür edirəm. Arda Turan  "Atletiko"nun "Azərbaycan" yazısı olan forma ilə oynamasına da toxunub: "Bu, mənim üçün qürurvericidir. Bir türk olaraq bundan şərəf duyuram və çox xoşbəxtəm.
 
"Hər halda biz bir millət, iki dövlətik" - deyə o qeyd edib.

Qeyd edək ki, "Bakı" - "Atletiko" oyunu sabah saat 20:00-da keçiriləcək. 

Son xəbərlər
Topaz Desktop Banner