Tour d’Azerbaïdjan veloçoxgünlüyünün başlanmasına cəmi iki gün qaldı! Yarışın birinci mərhələsi Bakı şəhərində baş tutacaq. Heydər Əliyev Mərkəzinin qarşısında yarışa başlayan velosipedçilər şəhəri 11 dəfə dövrə vuracaqlar. Məsafənin ümumi uzunluğu 157 kilometrdir.
İkinci mərhələ - Bakı-İsmayıllı (183 km) marşrutu üzrə Qafqaz dağlarını əhatə edəcək və dörd saat yarım vaxt aparacaq.
Üçüncü mərhələdə yarışçılar turnir səddini Şəki şəhərində keçəcəklər. Yarışın ən çətin hissəsi dördüncü mərhələ çərçivəsində Pirqulu Milli Qoruğuna (1420 m hündürlükdə) 22 kilometrlik yoxuş olacaq.
Veloyarışın sonuncu günündə idmançılar yenidən Azərbaycanın paytaxtında yarışacaqlar.
Xatırladaq ki, Tour d’Azerbaidjan UCI Europe Tour çərçivəsində 2.2 kateqoriyalı yarışdır. Bu yarışda dünyanın 23 ölkəsindən 25 komanda iştirak edəcək. Azərbaycanı bu yarışda “Synergy Baku Cycling Project” komandası təmsil edəcək. Həmin komanda bu il mövsümə beynəlxalq arenada uğurlara imza ataraq başlayıb.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib