Vaqif Sadıqov: "Rəqib psixoloji cəhətdən daha üstün idi"

Vaqif Sadıqov: "Rəqib psixoloji cəhətdən daha üstün idi"
XƏBƏR 28 Aprel 2013 / 21:28 2222
-  A +

AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqanın 28-ci turunda "Xəzər Lənkəran"a qalib (2:0) gəldikləri oyunu şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis qarşılaşmadan əvvəl məqsədlərinin  qalib gəlmək olduğu və  bunu da bacardıqlarını deyib: "İkinci altılığın güclü komandasına qarşı oynadıq. Kubokda keçirilən oyundan sonra rəqib psixoloji cəhətdən daha üstün idi".

"İlk hissədə vurduğumuz qol və rəqib futbolçunun qırmızı vərəqə almasından sonra oyun formal xarakter daşıdı. Oyunçularım verilən tapşırıqları uğurla yerinə yetirdilər. Komandanı təbrik edirəm” - deyə Sadıqov bildirib.


Son xəbərlər