"Neftçi"nin məşqçisi: " Bizim çempionluq yarışında əsas rəqibimiz “Qarabağ”dır"

"Neftçi"nin məşqçisi: " Bizim çempionluq yarışında əsas rəqibimiz “Qarabağ”dır"
XƏBƏR 28 Aprel 2013 / 21:01 3058
-  A +

“Paytaxt derbisində iki güclü komanda qarşılaşdı, çətin oyun oldu".

Qol.Az-ın  PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 28-ci turunda "İnter"lə oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

"Sevindirici haldır ki, komandamız son 15 gündə keçirdiyi 5 oyunda fiziki gücünün nə qədər yüksək olduğunu göstərdi. Qalib gəldiyimiz üçün şadam. Bizim çempionluq yarışında əsas rəqibimiz “Qarabağ”dır. Yolumuza davam edirik” - deyə Əhəmdov bildirib.


Son xəbərlər